Azərlə Vüsalə barışdı

azerle-vusale-barisdi
Oxunma sayı: 6366


 “Qafqazinfo” xəbər verir ki, aparıcı facebook hesabında həmkarı Vüsalə Əlizadə ilə barışdığını elan edib:

“Ay camaat barışmışıq narahat olmayın. Beyin qızanda insan hər şeyi deyir, hər addımı atır”.

Qeyd edək ki, bir müddət əvvəl aparıcı facebook statusunda boşandığını elan edərək ilk gündən böyüklərinin razılığı olmadan evləndiyini və peşman olduğunu yazmışdı: “O xanımla evlənməklə həyatımın ən böyük səhvini etsəm də, qazandığım gül bala bir qızım oldu. Bundan sonra hər zaman pis günündə, yaxşı günündə də qızımın yanındayam. O xanımın yolu açıq olsun".

***

Vüsalə Əlizadəyə yaxın olan şəxslər redaksiyamıza zəng edərək məlumatın həqiqətə uyğun olmadığın bildiriblər. 

Qeyd edək ki, aparıcı Azər də barışmaqları haqda yazdığı statusu silib.