“Azərsun Holdinq”dən mikroblara qarşı layihə

azersun-holdinqden-mikroblara-qarsi-layihe-
Oxunma sayı: 988

Şirkətin mətbuat xidmətindən “Qafqazinfo”ya verilən məlumata görə, “Sun” təmizlik kağızları ilə həyata keçirilən “Mikroblara Qarşı “Sun” Təmizlik Kağızları ilə Silahlanaq” adlı sosial layihə cəmiyyətin gələcəyi olan körpələrə gigiyena vərdişlərinin aşılanması, təmizlik vərdişlərinin formalaşması məqsədilə həyata keçirilir.

Təhsil Nazirliyi və Bakı Şəhər Təhsil İdarəsinin rəsmi icazəsi, Uşaq Teatrının dəstəyi ilə 2008-ci ildə başlanan layihəyə ilkin olaraq, “Miroblara Qarşı “Sun” Təmizlik Kağızları ilə Silahlanaq” adlı layihə Bakının hər inzibati rayonu üzrə iki məktəbdə keçirilib. 2011-ci ildə isə layihə Azərbaycanın bölgələrini də əhatə edib. Layihənin nəticələrinə görə, ümumi olaraq Azərbaycanın 26 nöqtəsində keçirilən layihədə 27 məktəb ziyarət edilib və 2000 nəfər şagirdlə ünsiyyət qurulub.

Nigar Məmmədli