“Azərsun Holdinq”dən xəbər var

azersun-holdinqden-xeber-var
Oxunma sayı: 653

Bu münasibətlə “Park Bulvar” alış-veriş mərkəzində fəaliyyət göstərən “Bazarstore”da məhsulun satışa çıxarılması ilə əlaqədar tədbir keçirildi. Tədbirdə UNICEF-in Azərbaycan nümayəndəliyinin rəhbəri Mark Herevard layihənin əhəmiyyətindən bəhs etdi. “Azərsun Holdinq”in həyata keçirdiyi sosial layihələri yüksək qiymətləndirdi. Holdinqin departament müdiri Afiq Səfərov holdinqin istehsalı olan “Sun” markası ilə yanaşı digər markaların da korporativ sosial layihələr həyata keçirdiyini bildirdi.

UNICEF-lə birgə həyata keçirilən layihənin məqsədi uşaqlarda əlilliyin erkən aşkarlanması və həmçinin uşaqlıq dövrünə xas olan əlillik halları azalması və qarşısının alınmasıdır. Bu məqsədlə holdinqin istehsalı olan “Sun paper” markası UNICEF-in müvafiq proqramına 25000 AZN vəsait ödəmişdir. Layihə çərçivəsində maarifləndirici fəaliyyətlər “Bazarstore”un bütün satış nöqtələrində həyata keçirilir.