Azərsunun qonağı var

azersunun-qonagi-var
Oxunma sayı: 627

 
“Qafqazinfo” xəbər verir ki, qonaqlar ilk olaraq “Azərsun Holdinq”in müşahidə şurasının sədri Abdolbari Gozalla görüş keçiriblər. Görüşdə Azərbaycanla əməkdaşlığın genişləndirilməsinə Qazaxıstanın böyük marağı olduğu vurğulanıb. Buna görə də qida sənayesi və kənd təsərrüfatı sahələrində böyük potensiala sahib olan “Azərsun Holdinq”lə əməkdaşlığın yaradılması, inkişaf etdirilməsi və təcrübə mübadiləsi də müzakirə olunub.


İşgüzar səfər çərçivəsində buradakı qabaqcıl təcrübələrlə tanış olan qonaqlar Azərbaycan Kağız və Karton İstehsalı Kombinatında, “Green Tech” istixana kompleksində istehsal prosesi ilə maraqlanıblar. Sonra isə “Azərsun Holdinq”in Biləsuvar konserv zavoduna gedərək zavodla yanaşı, əkin tarlalarını gəziblər. Səfər İmişli Şəkər Zavodu ilə tanışlıqla yekunlaşıb.