Aziz Yıldırım Terimin dava etdiyi restoranda? - Foto

aziz-yildirim-terimin-dava-etdiyi-restoranda
Oxunma sayı: 673

Bir neçə gün öncə Fatih Terim “Adan Dəmirspor” klubunun keçmiş prezidenti Səlahəddin Aydoğdu ilə dava etmişdi.

“Qafqazinfo” xəbər verir ki, dava günlərdir ölkə gündəmini zəbt etmiş və dünən Fatih Terim milli komandadan ayrıldığını açıqlamışdı.

Bu gün isə maraqlı bir foto paylaşılıb. Belə ki, ”Fənərbağça” klubunun prezidenti Əziz Yıldırım Səlahəddin Aydoğdunun restoranına gedib.

Onun yanında azərbaycanlı biznesmen Mübariz Mənsimov də yer alıb.

Yıldırımın bu ziyarəti isə sosial mediada birmənalı qarşılanmayıb. Bəzi istifadəçilər onun bu hərəkətlə Terimlə Aydoğdu arasındakı davada tərəfini seçdiyini bildirib.

Qısa araşdırmadan sonra isə fotonun daha öncə çəkildiyi üzə çıxıb. Bu fotonun bu gün bilərəkdən yayılması isə Aziz Yıldırımın məlum davada əlinin olduğu düşüncəsini yaratmaq cəhdləri kimi qiymətləndirilib.