“Sanki bəzilərinin cinsi azlıqlara simpatiyaları var”- Təpki

-sanki-bezilerinin-cinsi-azliqlara-simpatiyalari-var-tepki
Oxunma sayı: 651

Yeniyetmələr arasında cinsi azlıqların təşviqi ilə əlaqədar qadağa məsələsi Rusiya Dövlət Dumasının müzakirəsinə verilib. Buna səbəb isə müasir Rusiyada homoseksuallığın təbliğinin geniş vüsət alması olub. Qanunu pozan şəxslər isə qanunda nəzərdə tutulmuş məbləğlərlə cərimə ediləcəklər.

Azərbaycanın bəzi televiziya kanallarında homoseksuallığın son zamanlar qeyri-rəsmi təbliğinin aparıldığını nəzərə alsaq, Milli Məclis tərəfindən belə bir qanunun qəbul edilməsinə ehtiyac varmı?

Millət vəkili Fazil Qəzənfəroğlu mövzu ilə bağlı açıqlama verib: "Rəsmi qurumlar homoseksuallığın təbliğinin qarşısının alınması ilə bağlı müəyyən addımlar atmalıdırlar. “Azərbaycandan fərqli olaraq Rusiya mentalitetində bu məsələ ilə bağlı elə də ciddi problemlər yoxdur. Rusiyada homoseksuallığa qarşı tolerant yanaşan bir cəmiyyət mövcuddur.”

Sonra Fazil bəy qeyd etdi ki, ölkədə əl altından yüksək səviyyədə və televiziya vasitəsilə bu məsələnin təbliği müşahidə edilir: “Xüsusilə bu tip insanların televiziyaları buraxılmasına xüsusi dəstək nümayiş etdirilir. Sanki bəzilərinin cinsi azlıqlara simpatiyaları var. Bu da olduqca narazılıq doğurur. Hətta cəmiyyətdə vəzifəli şəxslərin bunu stimullaşdırdığı anlayışı hakimdir. Ona görə də, cinsi azlıqlarla bağlı məsələ gündəmə gətirilə bilər.”

Bütün hallarda, bunun təbliğinin yolverilməz olduğunu qeyd edən Fazil bəy, təbliğin Azərbaycan cəmiyyətində olan-qalan mənəvi mühiti korladığını vurğuladı: “Cinsi azlıqların dəstəklənməsi istiqamətində ictimai qınaq və mətbuatın rəyi gücləndirilməlidir. Eyni halda, bunu himayə edən şəxslər müəyyən dərəcədə cəzalandırılmalıdır. Əks halda bu fəsad baş alıb gedəcəkdir.”/Faktxeber.com/