ABŞ separatçıların “seçkilər”ini tanımır

abs-separatcilarin-seckilerini-tanimir
Oxunma sayı: 639

. ABŞ-ın belə rəsmi mövqeyini Dövlət Departamenti mətbuat xidmətinin rəsmisi AzərTAc-a Azərbaycanın Dağlıq Qarabağ bölgəsindəki separatçı rejimin sentyabrın 18-də keçirdiyi “yerli özünüidarə orqanlarına seçkilər”inə münasibət bildirərkən deyib.
Amerikalı diplomat vurğulayıb ki, bu “seçkilər”, Dağlıq Qarabağın yekun hüquqi statusunun münaqişənin danışıqlar yolu ilə dinc həlli prosesinin geniş çərçivəsində müəyyənləşdirilməsinə maneə törətməməlidir. O, əlavə edib: “Biz, ATƏT-in Minsk qrupunun həmsədri kimi tərəflərlə işləyərək Dağlıq Qarabağ münaqişəsinin Helsinki Yekun Aktının prinsipləri, o cümlədən zorakılıqdan çəkinmə, ərazi bütövlüyü, öz müqəddəratını həlletmə və insanların bərabər hüquqları əsasında uzunmüddətli və dinc həlli yolunun tapılmasına sadiq qalırıq.”