Bakcell ADA ilə əməkdaşlığa başladı

bakcell-ada-ile-emekdasliga-basladi-
Oxunma sayı: 670

Şirkətdən “Qafqazinfo”ya verilən məlumata görə, ilkin mərhələdə Bakcell əməkdaşları ADA tərəfindən təşkil olunmuş “İşçi seçimi üçün müsahibələrin keçirilməsi” mövzusunda təlimdə iştirak ediblər.

Təlim ABŞ-nın kadrlar və xüsusilə işə qəbul üzrə aparıcı mütəxəssislərindən olan Daniel Nagi tərəfindən keçirilib. Burada iştirakın əsas məqsədi çoxlu sayda insanın işə qəbulu zamanı müsahibə prosesində yaxından iştirak edən Bakcell əməkdaşlarının kritik idarəetmə bacarıqlarının təkmilləşdirilməsi olub.
Təlim, sonradan özünü “səmərəsiz işçi” kimi göstərən əməkdaşların işə qəbuluna yol verilməməsi və yüksək göstəricilər nümayiş etdirən əməkdaşların seçilməsi baxımından Bakcell üçün faydalı olacaq. Şirkətin Korporativ Satış, Maliyyə, Kadrlar, Əsas Şəbəkə, Xidmət və Məhsulların İnkişaf etdirilməsi, Giriş Şəbəkəsi, Pərakəndə Satış və Distribüsiya, Marketinq və Müştəri Xidmətləri şöbələrinin 10 nəfər əməkdaşı “real namizəd”in seçilməsinə dair müvafiq vasitə və üsulları əldə etmək haqqında biliklərini möhkəmləndiriblər. Bu sistem seçim prosesində birbaşa iştirak edən kadrlar üzrə mütəxəssislər və rəhbərlər tərəfindən istifadə olunur. İştirakçılara dünyada tanınmış şirkətlərin ideya və təcrübələri haqqında geniş məlumat verilir.

Bakcell şirkəti, işçilər üçün yararlı ola bilən Strategiya, Dəyişikliyin idarə edilməsi, Layihənin idarə edilməsi, Marketinq, Kadrlar, Maliyyə və Kommunikasiya kimi sahələrdə də ADA ilə öz əməkdaşlığını davam etdirəcək. Gələcəkdə Bakcell, şirkətin əməkdaşları üçün müvafiq xüsusi təlimlərin təşkil edilməsinə dair xüsusi tələblər siyahısını təlimlərini həyata keçirən şirkətə təqdim edəcək.

Nigar