Bakı səmasında naməlum obyekt - Video

baki-semasinda-namelum-obyekt
Oxunma sayı: 681

Bakı səmasında naməlum obyektin hərəkət etdiyi görüntülənib.

 “Qafqazinfo” Xezerxeber-ə istinadən xəbər verir ki, həmin anları yaxınlıqda yaşayan bir vətəndaş telefonun kamerası ilə qeydə alıb. Sosial şəbəkələrdə yayılan və həyəcana səbəb olan kadrlarda naməlum obyektin hərəkət etdiyi aydın görünür. Ancaq obyekt uzaqda olduğu üçün nə olduğu bilinmir.

Şamaxı Astrofizika Rəsədxanasından fəlsəfə elmlər doktoru Ədalət Ətayi deyib ki, naməlum obyektləri dərhal təhlükəli saymaq doğru olmaz.

Qurum rəsmisi bu cür görüntülərlə qarşılaşdıqda vətəndaşları təlaşa düşməməyə çağırıb.