“Qafqazinfo” avtosfer.az-a istinadən xəbər verir ki, hazırda həmin sürücü Nizami rayon Dövlət Yol Polisi Şöbəsindədir. Az sonra onun sənədləri və tərtib olunan inzibati protokol Nizami rayon Məhkəməsinə təqdim olunacaq. Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi Vaqif Əsədov məlumatı təsdiq edib. 10 TF 875 dövlət nömrə nişanlı 81 nömrəli marşrut avtobusu "Transqeyt" şirkətinə məxsusdur.
Bu əməllərə görə sürücünü 1 aya qədər inzibaati həbs cəzası gözləyir.
Dünən yaydığımız videonu isə bir də təqdim edirik. Videodan görünür ki,avtobus sürücüsü heç nəyə məhəl qoymadan qarşı yola çıxır və körpünün altında təhlükəli manevr edir. Bu hadisə avtobusda sərnişinlərin də olduğu bir vaxtda baş verib…
***
Bakıda yol-hərəkət qaydalarını kobud şəkildə pozan avtobus sürücüyə 30 sutka inzibati həbs cəzası verilib.
Nizami Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsindən APA-ya verilən məlumata görə, Nizami Rayon Məhkəməsində hakim Elnur Nəbiyevin sədrliyi ilə keçirilən prosesdə T. İbrahimov məhkəmənin qərarı ilə 30 sutka inzibati həbs və 1 il müddətinə sürücülük hüququndan məhrum edilib.
Son xəbərlər
Son Xəbərlər