Bakıda daha bir yanğın - 70 yaşlı qadın öldü

bakida-daha-bir-yangin
Oxunma sayı: 1246

Dünən axşam daha bir yanğın Nizami rayonunda baş verib. "Qafqazinfo" FHN-ə istinadən xəbər verir ki, hadisə  beşmərtəbəli yaşayış binasında qeydə alınıb.

Belə ki, ikinci mərtəbədə ümumi sahəsi 60 m² olan 3 otaqlı mənzilin 1 otağının yanar konstruksiyaları 15 m² sahədə yanıb. Yanğının kəşfiyyatı zamanı 1949-cu il təvəllüdlü İbrahimova Validə Nəsir qızının meyiti yanğınsöndürənlər tərəfindən aşkar olunub. Evin qalan hissəsi və qonşu mənzillər yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.