Bakıda ermənilərə qarşı aksiya oldu - Fotolar

bakida-ermenilere-qarsi-aksiya-oldu-fotolar
Oxunma sayı: 681

“Qafqazinfo”nun məlumatına görə, aksiya boks yarışlarının keçirildiyi Heydər Əliyev adına İdman və Konsert Kompleksinin qarşısında baş tutub. Aksiya iştirakçıları erməni idmançıların dərhal yarışları və Bakını tərk etmələrini tələb ediblər, “İdmançı adı ilə gələn erməni terrorçuları rədd olsun!”, “İşğalçı Ermənistana idmanda yer yoxdur!”, “Erməniləri dəvət edənlərə ar olsun!”, “Ya Qarabağ, Ya Ölüm!” yazılmış plakatlar qaldırılmış, şüarlar səsləndiriblər.

Polis mayoru Süleyman Nemətovun aksiya iştirakçılarına xüsusi qəddarlıqla hərəkət etdiyi, nəticədə aksiya iştirakçısı Şahmar İbrahimovun xəsarət aldığı, aksiya iştirakçılarından İlqar Əliyev, Rasim Əlizadə, Nəsib Cəfərov və digərlərinin isə saxlanılaraq 20-ci polis bölməsinə aparıldıqları bildirilir. Aksiyada qəbul edilmiş bəyanat kompleksin nümayəndəsinə təqdim olunub.

QAT bəyan edib ki, ermənilər Bakını tərk etməsələr, etiraz aksiyaları davam etdiriləcək.