Bakıda kişi meyiti tapılıb - Polis yaxınlarını axtarır+Foto

Bakıda kişi meyiti tapılıb
Oxunma sayı: 1709

İyunun 23-də Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Ə.Bağırov küçəsi, 78 ünvanında, təxminən 50-55 yaşlarında avtomobil tərəfindən vurularaq öldürülən naməlum kişi meyiti aşkar edilib.

DİN-in Mətbuat xidmətindən “Qafqazinfo”ya bildirilib ki, həmin şəxsin xarakterik əlamətləri belədir: boyu 170-175 santimetr, orta bədən quruluşlu, gözlərinin rəngi qaradır. Tapılan zaman əynində boz rəngli şalvar və çəhrayı rəngli köynək olub.

Şəxsiyyəti istintaqa məlum olmayan, şəkildə gördüyünüz kişini tanıyanlardan və barəsində məlumatı olanlardan DİN-in “102” Xidməti Zəng Mərkəzinə, Sabunçu Rayon Polis İdarəsinin 12-ci Polis şöbəsinə (012) 450-02-02, həmçinin (070) 272-00-73 nömrələrinə zəng vuraraq məlumat vermələri xahiş olunur.   


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi