Bakıda qadın həbsdəki ərinə heroin keçirmək istədi

bakida-qadin-hebsdeki-erine-heroin-kecirmek-istedi
Oxunma sayı: 1650

Penitensiar xidmətin əməliyyat aparatının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində 11 saylı cəzaçəkmə müəssisəsinə narkotik maddə keçirilməsi cəhdinin qarşısı alınıb. 

"Qafqazinfo" xəbər verir ki, Cinayət Məcəlləsinin 180.2.1 və 180.2.3-cü maddələrinə əsasən 4 il 1 ay müddətinə azadlıqdan məhrum edilmiş məhkum Xəlilzadə Ramil Pərviz oğlu ilə uzunmüddətli görüşə gəlmiş arvadı Bakı şəhər sakini Xəlilzadə.M-in əşyalarına və üzərinə baxış keçirilən zaman alt paltarında xüsusi üsulla gizlədilmiş sellofan bükülüdə 0,206 qram “Heroin”” aşkar edilib. 

Faktla bağlı araşdırma aparılır.