Bakıda qadının brilyant üzüyünü barmağından çıxarıb qaçdılar

bakida-qadinin-brilyant-uzuyunu-barmagindan-cixarib-qacdilar
Oxunma sayı: 2327

Bakıda naməlum şəxslər 81 yaşlı qadını evində qarət edib.

“Qafqazinfo” Trend-ə istinadən xəbər verir ki, hadisə paytaxtın Xətai rayonu, Sovxoz küçəsi, ev 12, mənzil 1 ünvanında baş verib.
 
Həmin mənzildə yaşayan 1937-ci il təvəllüdlü Nağıyeva Xədicə Bəhlul qızı evində tək olduğu zaman 2 nəfər naməlum şəxs evə basqın edib.
 
Həmin şəxslər qadını hədələyərək onun barmağındakı brilyant qaşlı üzüyü çıxarıb qaçıblar.
 
Faktla bağlı Xətai rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 180.2.1-ci (Soyğunçuluq, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə cinayət işi başlanıb.