Bakıda şirkət xəzinədarına hücum: 20 min manat aparıldı

bakida-sirket-xezinedarina-hucum-20-min-manat-aparildi
Oxunma sayı: 645

“Qafqazinfo”nun Milli.Az-a istinadən verdiyi məlumata görə, , "Electronics Arts" şirkətinin xəzinədarının külli miqdarda pulu əlindən alınıb.

Şirkətin direktoru Bahəddin Qarakidəyev yanvarın 5-də Nərimanov rayon Polis İdarəsinə müraciət edərək bildirib ki, naməlum şəxslər Fətəli xan Xoyski 113 ünvanında şirkətin xəzinədarı Mərdan Xankişiyevə hücum edərək içində 20000 manat pul olan bağlamanı onun əlindən alaraq qaçıblar.

Cinayəti törətməkdə şübhəli bilinən şəxs artıq müəyyən edilib. İstintaq sirri olduğundan onun adı açıqlanmır.

Faktla bağlı Cinayət Məcəlləsinin soyğunçuluq (180-ci) maddəsi ilə cinayət işi başlanıb.