Bakıda yaşayış binasında yanğın - 23 nəfər təxliyə edildi

bakida-yasayis-binasinda-yangin
Oxunma sayı: 2059

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub.
 
“Qafqazinfo”nun Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, hadisə Yasamal rayonunda baş verib.
 
Binanın 7-ci mərtəbəsinin pilləkən qəfəsində quraşdırılmış 8 ədəd elektrik sayğacı yanıb. Yanğın zamanı 23 nəfər bina sakini təhlükəsiz əraziyə təxliyə olunub.
 
Mənzillər yanğından mühafizə olunub, yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.