“Bakmil” stansiyasına hərəkət 2 günlük bərpa edilib

bakmil-stansiyasina-hereket-2-gunluk-berpa-edilib
Oxunma sayı: 1851

 

Avqustun 11-12-də təmir işləri ilə əlaqədar "Bakmil" stansiyasına və əksinə, qatarların hərəkətinə qoyulmuş məhdudiyyət tətbiq edilməyəcək.

“Qafqazinfo”ya "Bakı Metropoliteni"ndən verilən məlumata görə, sərnişinlər qeyd edilən tarixlərdə "Bakmil" stansiyasına və əksinə istirahət günlərinin hərəkət cədvəlinə uyğun olaraq hərəkət edə bilərlər.

Qeyd edək ki, avqust ayının 8-dən yenidənqurma tədbirlərinin növbəti mərhələsi çərçivəsində sərnişinlərin "Bakmil" stansiyasına giriş-çıxışı, müvəqqəti olaraq, 8:20-dən 17:00-a qədər məhdudlaşdırılıb.

Qeyd edilən saatlarda məhdudiyyət yeni iş həftəsinin əvvəlindən - avqust ayının 13-dən tətbiq ediləcək.