Baş Prokurorluqdan ağır cinayətlə bağlı - - Açıqlama

bas-prokurorluqdan-agir-cinayetle-bagli-
Oxunma sayı: 2171


Baş Prokurorluğun mətbuat xidmətindən “Qafqazinfo”ya daxil olan xəbərə görə, iyunun 20-də üzərində kəsici-deşici xəsarətlərlə naməlum kişi meyitinin aşkar olunması faktına görə Nərimanov rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldurmə) maddəsi ilə cinayət işi başlanıb.

Aparılan əməliyyat-istintaq hərəkətləri nəticəsində naməlum kişi meyitinin şəxsiyyəti müəyyənləşdirilərək onun 1966-cı il təvəllüdlü, əvvəllər məhkum olunmuş Nağıyev Rasim Tağı oğlu olması müəyyən edilib.

Həyata keçirilmiş tədbirlər nəticəsində cinayətin törədilməsində şübhəli bilinən Ələsgərov Zöhrab Məhəmməd oğlu avqustun 27-də tutularaq istintaqa cəlb edilib.

Hazırda cinayət işi üzrə istintaq davam etdirilir.