Aydın Quliyev yaxalanıb - Kriminal xəbərlər

aydin-quliyev-yaxalanib-kriminal-xeberler
Oxunma sayı: 692

Binəqədi RPİ CAŞ və 7-ci PB-nin əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində cinayətdə şübhəli bilinən Bakı şəhər sakini Aydın Quliyev dekabrın 3-də yaxalanmışdır. Məlum olmuşdur ki, o, avqustun 4-nə keçən gecə H.Babaşov küçəsində yaşayan Kamil Məmmədova məxsus «VAZ-21015» markalı avtomobildən şüşəni çıxartma yolu ilə sənədlər və səsgücləndirici oğurlamışdır. Sentyabrın 5-nə keçən gecə isə 6-cı mikrorayon S.Məmmədova küçəsində yaşayan Vidadi Camalova məxsus «VAZ-2106» markalı avtomobil yaşadığı evin qarşısından qaçırmış və idarə edərkən 9-cu mikrorayon H.Babaşov küçəsində Bakı şəhər sakini Elnur Hüseynova məxsus «Kia-Cerato» markalı avtomobillə toqquşmuşdur.

Dekabrın 4-də Lökbatan qəsəbəsində kirayədə yaşayan Cəlilabad rayon sakini İxtiyar Heydərov qarın nahiyəsindən aldığı bıçaq xəsarətləri ilə KTM-yə yerləşdirilmişdir. Qaradağ RPİ 10-cu PB-nin əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində cinayətdə şübhəli bilinən Ağsu rayon sakini Ramazan Rəhimov dekabrın 4-də yaxalanmışdır.

Dekabrın 3-də Salamzadə küçəsində yaşayan Xəyal Verdizadənin mənzilindən açar seçmə yolu ilə içərisində 63 min manat və 37 min ABŞ dolları olan seyf oğurlanmışdır. Nəsimi RPİ 20-ci PB-nin əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən Bakı şəhər sakini Pərvanə Paşayeva dekabrın 4-də yaxalanmışdır.

Qaradağ RPİ 10-cu PB-nin əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində AR CM-in 177-ci (oğurluq) maddəsi ilə axtarışda olan Ceyhun Abışov noyabrın 4-də yaxalanmışdır.

Dekabrın 3-də Bakıxanov qəsəbəsi A.Əlibabayev küçəsində qəsəbə sakinləri Aydın Dadaşov Rəşid Qasımovun qarın nahiyəsindən bıçaq xəsarəti yetirdiyinə görə Sabunçu RPİ 13-cü PB-nin əməkdaşları tərəfindən tutulmuşdur.

Dekabrın 3-nə keçən gecə Bakıxanov qəsəbəsində qəsəbə sakini Coşqun Qəmbərov Orxan Soltanova məxsus «VAZ-2107» markalı avtomobili qaçıraraq Rüstəmov küçəsində Rəşad Quliyevin idarə etdiyi «VAZ-2107» markalı avtomobilə vurmuşdur. Sabunçu RPİ 13-cü PB-nin əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində cinayətdə şübhəli bilinən Coşqun Qəmbərov dekabrın 3-də yaxalanmışdır.

Binəqədi RPİ 40-cı PB-nin əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində AR CM-in 178-ci (dələduzluq) maddəsi ilə axtarışda olan Mirrafiq Mirzəyev noyabrın 3-də yaxalanmışdır.

Sabunçu RPİ 14-cü PB-nin əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində AR CM-in 177-ci (oğurluq) maddəsi ilə axtarışda olan Eynur Tahirov oktyabrın 28-də yaxalanmışdır. Araşdırma zamanı müəyyən edilmişdir ki, o, 2010-cu ilin iyun-avqustun aylarında Bakı şəhər sakinləri Vüqar Əliyevdən 200, Ruslan Əliyevdən 700, İlyas Məmmədovdan 2600, Şaiq Bədirovdan 1700, Səid Muradovdan 325, Yaşar Abdulxalıqovdan 300 manat və 4000 ABŞ dolları alaraq mənimsəmişdir.

Nərimanov RPİ 18-ci PB-nin əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində AR CM-in 177-ci (oğurluq) maddəsi ilə axtarışda olan Səbuhi Məmmədov noyabrın 3-də yaxalanmışdır.

Nəsimi RPİ 20-ci PB-nin əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində AR CM-in 177-ci (oğurluq) maddəsi ilə axtarışda olan Elzami Talıbov noyabrın 3-də yaxalanmışdır.

Suraxanı RPİ 31-ci PB-nin əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində AR CM-in 178-ci (dələduzluq) maddəsi ilə axtarışda olan Elza Cavadova noyabrın 3-də yaxalanmışdır. Məlum olmuşdur ki, o, 2009-cu ilin oktyabr ayında Bakı şəhər sakini Dilarə Məmmədovanın etibarından sui-istifadə edərək 300 ABŞ dolları alaraq mənisəmişdir.