“Bayrağımız bizim şərəfimiz, namusumuzdur!”

bayragimiz-bizim-serefimiz-namusumuzdur
Oxunma sayı: 642

Məsələyə “Qafqazinfo” da öz etirazını bildirərək bu barədə xəbər dərc etmişdi.

Sözügedən məsələ ilə bağlı millət vəkili Qənirə Paşayeva da Facebook səhifəsində etirazını bildirib. Deputat “Bayrağımız bizim şərəfimiz, namusumuzdur!” başlıqlı status yazıb: “Bir az əvvəl sosial şəbəkələrdə bir şəkil və onun ətrafında açılan geniş müzakirələri gördüm. Foto gerçəkdən də Bayrağımıza qarşı hörmətsizliyi əks etdirir, mən bir vətəndaş olaraq çox üzüldüm və narahat oldum. Məlumatda hadisənin Qazax rayonunda baş verdiyini yazırlar. Fərqi yoxdur, kim tərəfindən edilib. Bilərəkdən və ya bilməyərəkdən edilməsinin də fərqi yoxdur. Bu hörmətsizliyə görə həmin insanlar xalq qarşısında üzr istəməli və qanunlar qarşısında cavab verməlidir. Əgər bu fotoda görünən hadisə həqiqətən də Qazax rayonunda baş veribsə” mən rayon rəhbərliyini bu hadisəni ciddi araşdırmağa və günahkarların cəzalandırılmasına çağırıram və ümid edirəm ki, bu kimi xoşagəlməz hallar bir daha təkrarlanmayacaq” .