“Azərbaycan hər gün atəşkəsi pozmalıdır” – Millət vəkili

azerbaycan-her-gun-ateskesi-pozmalidir-millet-vekili
Oxunma sayı: 657

Bu sözləri “Qafqazinfo” saytına açıqlamasında millət vəkili Zahid Oruc Qarabağda 67 min erməni köçürmək planına münasibət bildirərkən qeyd edib. Zahid Oruc hesab edir ki, Azərbaycan hər gün atəşkəsi pozmalıdır: “Müharibəyə keçmiriksə, mütəmadi bu cür addımlarla ermənilərin təsərrüfat fəaliyyətinə, psixoloji və mənəvi durumuna kənardan gəldikləri üçün hər zaman siqnal səsini eşitdirməliyik. Gündəlik verilən itkilər fonunda düşmənin oradakı durumu müəyyənləşdiriləcək. Onları gələcək həyatdan, perspektivdən, arzulardan mərhum edəcək. Bu indiki reallıqda öz nəticəsini verir”-deyə qeyd edib.

Millət vəkili əlavə etdi ki, ermənilərin Mikayancasına planı ondan ibarətdir ki, 350 minə yaxın erməni Qarabağda yaşamasa, dövlət quruculuğu üçün normal demoqrafik baza yaratmağa imkan olmayacaq: “Digər yandan isə o bölgədə ermənilər azərbaycanlıların daim təzyiqi altında qalacaq. Məqsəd həmin sayda kütlənin azərbaycanlıların Ağdam, Füzuli və digər ərazilərinin ümumi demoqrafik təzyiqi altında qalmamasıdır”-deyə millət vəkili vurğulayıb.

Günel