Azərbaycanın keçmiş naziri dünyasını dəyişdi

azerbaycanin-kecmis-naziri-dunyasini-deyisdi
Oxunma sayı: 679

Bu gün Azərbaycan Həmkarlar İttifaqı Konfederasiyasında mərhumla vida mərasimi keçiriləcək.

L.Rəsulova 1941-ci ildə anadan olub. 1981-88 illərdə Azərbaycan Həmkarlar İttifaqı Şurasının sədri, 1988-93 illərdə Azərbaycan sosial təminat naziri, Azərbaycan Dövlət Elm və Texnika Komitəsinin sədr müavini, 1993-97 illərdə təhsil naziri vəzifələrində çalışıb.

Azərbaycan SSR Ali Sovetinin (9-cu və 10-cu çağırış) deputatı, Ali Sovetin Xalq maarifi və elm komissiyasının üzvü, SSRİ Ali Sovetinin (11-ci çağırış) deputatı, Millətlər Sovetinin Xarici işlər komissiyasının üzvü olub.

L.Rəsulova "Şöhrət" ordeni ilə təltif edilib.

azadliq.info