Azərbaycanın tanınmış biznes ledisi ağır əməliyyat keçirdi - Foto

azerbaycanin-taninmis-biznes-ledisi-agir-emeliyyat-kecirdi-foto
Oxunma sayı: 642

Bu barədə mediaya açıqlama verməyən Ruhini bir neçə gün öncə Türkiyədə fəaliyyət göstərən Özəl Alman Xəstəxanasında görüblər. İstanbulda yaşayan jurnalist Ülvi Hadıyevin “Qafqazinfo”ya verdiyi məlumata görə, Ruhini bir neçə gün əvvəl İstanbuldakı xəstəxanalardan birində görüb: “Hər şeyin yaxşı olduğunu desə də yeriyəndə çətinlik çəkməsi onun əməliyyat olunduğundan xəbər verirdi. Tibb bacıları da Ruhinin ağır əməliyyat keçirdiyini desələr də o özü bu xəbərlərin doğru olmadığını, Alman xəstəxanasına anasının müalicəsiylə əlaqədar gəldiyini bildirdi. İstanbulda müalicə olunduğunu gizlədən biznes ledi bu barədə danışmaq istəmədiyini və əməliyyat olunmadığını dəfələrlə vurğuladı. Sonra onunla telefon əlaqəsi yaradıb hal əhval tutmaq istəsəm də səylərim boşa çıxdı".

Qeyd edək ki, xəbəri dəqiqləşdirmək üçün Ruhiylə əlaqə saxlasaq da onun Bakıda olmadığını öyrəndik. Xəstəxananın önündə çəkilmiş şəkilə baxdıqda Ruhinin rahatsız olduğu nəzərdən yayınmır.

Nigar Məmmədli