“Azərsu”nun Qaynar Xətt nömrəsi - 955

azersunun-qaynar-xett-nomresi-955
Oxunma sayı: 1806

“Azərsu” Acıq Səhmdar Cəmiyyətindən “Qafqazinfo”ya verilən məlumata görə, “Telekommunikasiya haqqında” Azərbaycan Respublikası qanununa, “Nömrə resurslarının ayrılması və istifadəsi qaydaları”na, ölkədə nömrələnmə planına uyğun olaraq 961 nömrəsi “Azərsu” ASC-nin müraciəti əsasında Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi tərəfindən geri alınmış və əvəzində yeni 955 nömrəsi ayrılıb. Bundan sonra Bakı şəhərinin və Abşeron rayonunun sabit telefon şəbəkəsi abunəçiləri 955, bölgələrdəki sabit telefon abunəçiləri, eləcə də mobil telefon istifadəçiləri 012955 nömrəsini yığaraq Qaynar Xətt xidmətindən istifadə edə bilərlər. “Azərsu” ASC əhalidən xahiş edir ki, su təchizatında yaranan problemlər, magistral və məhəllədaxili xətlərdə baş verən qəzalar, kanalizasiya şəbəkələrində tutulmalarla rastlaşdıqda dərhal 24 saat işləyən 955 nömrəsinə zəng edib, Qaynar Xəttə məlumat versinlər. 955 nömrəsinə edilən hər bir müraciət dərhal nəzarətə götürülür və araşdırılır.