Bu günün manşetləri - Xülasə

bu-gunun-mansetleri-xulase
Oxunma sayı: 691

“Azadlıq” qəzeti manşet xəbər olaraq vergilər naziri Fazil Məmmədovun verginin yükünün azaldılıb-azaldılmaması barədə açıqlamasını verib. “İki məmur toqquşdu” başlığı ilə dərc olunan yazıda məsələ ilə bağlı Mərkəzi Bankın rəhbəri Elmar Rüstəmovun da mövqeyi yer alıb.

“Yeni Azərbaycan” qəzetinin manşet xəbəri isə prezident İlham Əliyevin NATO baş katibinin müavini ilə görüşüdür. “Prezident İlham Əliyev NATO baş katibinin müavini Hüseyn Diriözü qəbul edib” başlıqlı yazıda görüşün təfərrüatları yer alıb.

“Yeni Müsavat” qəzetinin manşetindəki xəbərdə isə Şimali Atlantika Alyansının Azərbaycanla əməkdaşlığı dondurduğu bildirilir. “Şimali Atlantika Alyansı Bakı ilə əməkdaşlığı dondurub” başlıqlı xəbərdə məsələ ilə bağlı xarici işlər nazirinin müavini Araz Əzimovun məsələ ilə bağlı jurnalistlərə açıqlaması yer alıb.

“Kaspi” qəzetinin manşetində isə “Soros” fondunda qalmaqal xəbəri dərc olunub. ““Soros” fondunda korrupsiya qalmaqalı” başlıqlı yazıda fondun Azərbaycandakı fəaliyyətinin necə olacağı və bununla bağlı ekspert rəyləri yer alıb.

“Bizim yol” qəzeti isə manşet xəbərində tıxac probleminə toxunub. “Bakıda görünməmiş xaos yaşandı” başlıqlı manşet xəbərdə ötən gün qar yağması nəticəsində yaranan tıxac haqqında məlumat və fotolar dərc olunub.

“525-ci qəzet”in manşet xəbəri yazıçı-publisist Rafiq Tağının dəfn mərasimindən olub. “Rafiq Tağı dəfn olundu” başlıqlı yazıda yazıçının ölümündən sonra tibbi ekspertizanın rəyi də yer alıb.

“Xalq Cəbhəsi” qəzetinin manşetində Milli Məclisdəki dava yer alıb. “Parlamentdə “eynək davası”” başlıqlı yazıda Mili Məclisdə dövlət büdcəsinin müzakirələri zamanı Fazil Mustafa ilə Samir Şərifov arasında yaranan gərginlik yer alıb.

“Şərq” qəzetinin manşet xəbəri həmsədrlərin noyabrın sonunda baş tutacaq səfəri ilə bağlıdır. “Bakı həmsədrlərin qarşıdakı səfərindən heç nə gözləmir” başlıqlı yazıda mövzu ilə bağlı xarici işlər naziri Araz Əzimovun jurnalistlərə açıqlaması dərc olunub.

“Azərbaycan” qəzetinin manşet xəbərində Bakıya yeni gətirilmiş sərnişin vaqonlarının təqdimatı xəbəri yer alıb. “Azərbaycan Prezidenti İlham Əliyev Slovakiyada əsaslı təmir edilərək Bakıya gətirlimiş sərnişin vaqonları ilə tanış olmuşdur” başlıqlı xəbərdə təqdimatın təfərrüatları yer alıb.

Hazırladı: Fatimə Kərimli