Bulvarda bıçaqlanma hadisəsi baş verdi

bulvarda-bicaqlanma-hadisesi-bas-verdi
Oxunma sayı: 699

Yaralı üzərində cərrahi əməliyyat aparılıb. Həkimlərin səyi sayəsində Qurbanovun həyatını xilas etmək mümkün olub. Artıq hadisə ilə əlaqədar Səbail rayon polis idarəsinin əməkdaşlarına məlumat verilib. İşi araşdıran idarənin istintaq şöbəsinin müstəntiqi Raqib Şərifov bildirib ki, ağır əməliyyatdan sonra reanimasiya şöbəsinə yerləşdirilən yaralının ifadəsini almaq mümkün olmadığından, hadisənin təfərrüatları və onun kim tərəfindən törədilməsi barədə hələlik heç bir məlumat əldə edilməyib. Əldə olunan məlumat yalnız qanlı hadisənin Milli park ərazisində baş verməsi ilə bağlıdır. Bunu isə Süleyman Qurbanovu xəstəxanaya gətirən hadisə şahidləri həkimlərə bildiriblər. Faktla bağlı artıq cinayət işi başlanılıb. İstintaq davam edir.

ANS PRESS