Dünya liderləri Qəddafi haqqında - Reaksiyalar

dunya-liderleri-qeddafi-haqqinda-reaksiyalar
Oxunma sayı: 1947

“Qafqazinfo”nun “Euronyus”a istinadən verdiyi xəbərə görə, ABŞ prezidenti Barak Obama Ağ evdə çıxışı zamanı bildirib ki, Qəddafinin ölümündən və rejimin son ən böyük dayaqlarını itirməsindən sonra Liviya xalqı öz taleyini təyin edə biləcək: “Bu gün Liviyanın tarixində əlamətdar gündür. Zülmün qara kölgəsi yox oldu və belə bir vəziyyətdə Liviya xalqı öz üzərinə tolerant və demokratik dövlət qurulması kimi böyük məsuliyyət götürür. Hansı ki, diktator Qəddafi rejiminə sözsüz çağırış olacaq”.

Öz növbəsində Böyük Britaniyanın baş naziri Devid Kameron Qəddafinin ölümü ilə əlaqədar onun hakimiyyətdə olduğu vaxtlarda terror və hücumların qurbanlarını xatırlamağa çağırıb.

Fransanın xarici işlər naziri Alan Jyuppe də Liviya tarixində yeni eranın başlandığını bildirib: “Bu ölkədə yeni dövrün demokratiya və azad cəmiyyət, həmçinin Liviya iqtisadiyyatının qurulması və bərpasının başlanğıcıdır”.

Rusiya prezidenti Dmitri Medvedyev Moskvada çıxışı zamanı Liviyada son hadisələrin vacibliyinə toxunub: “Hesab edirik ki, Liviyada sülh bərqərar olacaq. Liviya tayfalarının nümayəndələri, kimlər ki, bu gün dövləti idarə edirlər son razılığa gələ bilərlər”.

Səidə