Bəhreyn Şurasının sədri Azərbaycana gəldi

behreyn-surasinin-sedri-azerbaycana-geldi
Oxunma sayı: 1823

Bəhreyn Şurasının sədri Əhməd bin İbrahim Əl-Mulla Azərbaycan parlamentinin 100 illiyi münasibətilə keçiriləcək təntənəli iclasda iştirak etmək üçün sentyabrın 20-də ölkəmizə səfərə gəlib.

“Qafqazinfo” xəbər verir ki, Heydər Əliyev Beynəlxalq Aeroportunda Əhməd bin İbrahim Əl-Mullanı Milli Məclis sədrinin müavini Valeh Ələsgərov və digər rəsmi şəxslər qarşılayıblar.