“Belə getsə, Səfər Əbiyevin atasına rəhmət oxuyacaqlar”

bele-getse-sefer-ebiyevin-atasina-rehmet-oxuyacaqlar
Oxunma sayı: 9084


Bunu SalamNews-a hərbi ekspert Üzeyir Cəfərov son vaxtlar hərbi birləşmələrdə baş verən intihar hadisələri barədə danışarkən bildirib.

O deyib ki, Zakir Həsənov yeni müdafiə naziri təyin olduqdan sonra əsas diqqətini bölgələrə və cəbhə xəttinə deyil, Bakı və Bakı ətrafında yerləşən hərbi birləşmələrə yönəldib: 

“Daha yaxşı olardı ki, nazir kadr islahatlarından çox, ordunun güclənməsi və neqativ halların aradana qaldırılması istiqamətində işlərini davam etdirsin. Axı intihar hadisələri bir gün ərzində baş vermir və bunun baş verməsinə səbəb olan konkret şəxslər var. Bir-iki şəxsi cəzalandırmaqla övladı intihar edən valideynə necə təskinlik vermək olar? Preseslər belə davam edərsə, insanlar keçmiş nazir Səfər Əbiyevin atasına rəhmət oxuyacaq və onun yenidən vəzifəsinə qayıtmasını tələb etməyə başlayacaqlar. Çünki onun dövründə, bütün nöqsanlara baxmayaraq, ordunun belə parçalanması yox idi.”