Ən şaxtalı günlər hələ indi başlayır

en-saxtali-gunler-hele-indi-baslayir
Oxunma sayı: 678

“Qafqazinfo”nun məlumatına görə, 7-də Bakı və Abşeron yarımadasında arabir qar yağacağı, şimal qərb küləyinin axşama doğru güclənəcəyi gözlənilir. Havanın temperaturu yenidən aşağı enəcək. Gecə və gündüz saatlarında 0-3 dərəcə, axşama doğru isə -5 dərəcə təşkil edəcək. Yollar buz bağlayacaq.

Ən kəskin hava şəraiti sabah, fevralın 8-də müşahidə olunacaq. Belə ki, sabah hava şaxtalı olacaq, şimal-qərb küləyi daha da şiddətlənəcək. Fasilələrlə qar yağacaq, çovğun ehtimalı var. Havanın temperaturu daha da aşağı enəcək. Ayın 7-dən 8-nə keçən gecə və ayın 8-dən 9-na keçən gecə və səhər erkən saatlarında havanın temperaturu 6-10 dərəcə şaxta təşkil edəcək. Ayın 8-də gündüz 3-5 dərəcə şaxta müşahidə olunacaq. Yollar buz bağlayacaq.

Fevralın 9-da gündüz saatlarında isə yağıntılarda fasilələrin olacağı, küləyin mülayimləşəcəyi gözlənilir.

Nigar Məmmədli