“Beşiktaş”ın daha bir futbolçusu “Everton”un hədəfində

besiktasin-daha-bir-futbolcusu-evertonun-hedefinde
Oxunma sayı: 2066

İngiltərənin “Everton” Türkiyə təmsilçisi “Beşiktaş” klubundan daha bir futbolçunu transfer etmək istəyir.

“Qafqazinfo” xəbər verir ki, “Everton” “qara qartallar”ın yarımmüdafiəçisi Oğuzhan Özyakupa göz dikib.

Məlumata görə, “Beşiktaş”la müqaviləsi mövsümün sonunda başa çatacaq 25 yaşlı futbolçu təklifə yekun qərar verməyib.

Xatırladaq ki, “Everton” qış fasiləsində “Beşiktaş”dan Cenk Tosunu 22+6 milyon avroya transfer etmişdi.

Qeyd edək ki, O.Özyakup 2012-ci ildə dan “Arsenal”dan “Beşiktaş” keçib.