Etibar Hüseynov “AZAL” prezidentini yıxdı-sürüdü

etibar-huseynov-azal-prezidentini-yixdi-surudu
Oxunma sayı: 1876

Hörmətli Sədr, hörmətli deputatlar, bizə paylanan qanun layihəsində diplomatik pasport veriləcək komitə və nazirliklərin siyahısı dərc olunub. Düzü bu siyahıda MSK üzvlərinin adlarına rast gəlmədiyimə cox təəssuf etdim və təəccublə qarşıladım. Doğrudan da necə ola bilər ki, dövlət başçısı, o cümlədən millət vəkillərinin seçilmə prosedurunu təşkil edən və həyata keçirən bir institutun əməkdaşlarna diplomatik pasport verilməsin? Axı onlar bir cox komitə və nazirliklərin əməkdaşlarından daha cox xarici səfərlərdə olurlar. Digər tərəfdən hörmətli Sədr, onların sayı da cox deyil axib – sədri saymasaq cəmi 17 nəfərdirlər. Bu da maşın, silah, mənzil və ya özündə hər-hansısa maliyyə güzəştləri ehtiva edən bir sənəd də deyil ki, biz onu imkan edib bu şəxslərə verə bilməyək. Ona gorə də, mən də hesab edirəm ki, MSK üzvlərinə diplomatik pasport verilməlidir.

Bir məsələyə də diqqətinizi cəlb etmək istərdim. Hörmətli Sədr, iş elə gətirdi ki, bu yaxınlarda bir hüzr mərasimi ilə əlaqədar olaraq 10 gün ərzində 3 dəfə təyyarə ilə Gəncə şəhərinə uçmalı oldum. Təssəvvür edin ki, təxminən 100 nəfərə yaxın sərnişin tutumu olan təyyarədə cəmisi 3-4 nəfər gedirdi. Və mən şəhərə qayıtdıqdan sonra araşdırma apardım. Məlum oldu ki, Bakı-Zaqatala və Bakı-Lənkəran reyslərində durum daha acınacaqlıdır. Təəsvur edin ki sərnişin qıtlığı ilə əlaqədar olaraq, bir çox hallarda təyyarələr ümumiyyətlə boş gedib-gəlir. Və bu biabırçılığında bir səbəbi var - o da biletlərin baha olmasıdır. Gəncə biletinin qiyməti 56 manat, Zaqatala 54, Lənkəran isə 41 manatdır. Biz həmişə qeyri-neft sektorunun inkişafından danışırıq. Bu qəbildən qanunlar qəbul edir, müəyyən güzəştlər tətbiqinə razılıqlar veririk. Amma qeyri-neft sektoruna daxil olan və çox az sayda rentabellə işləyən bölmələrdən biri olan nəqliyyat sektorunda kiçik bir qiymət endirimi etmək əvəzinə milyonların itkisinə yol verilir. Və cox təəccüblüdür ki, bu miyonların itkisini Nəqliyyat Nazirliyi də İqtisadi İnkişaf Nazirliyi də Azal da Tarif Şurası da heç nə olmamış kimi rahatca seyr edir. Mən bilet qiymətlərini söylədim. Kişik bir riyazi hesablama bəs edir ki, bir il ərzində büdcənin nə qədər böyük miqdarda itkiyə məruz qalmasına şahid olasan. Aeroportların tikintisinə, təyyarələrin alınmasına dövlət milyonlar xərcləyir. Bəyəm bu aeroportlar bos qalmaq üçünmü və ya təyyarələr boş-boşuna uçmaq üçünmü alınıb. Nəyə gərə bu sahə milyonlarla qazanc gətirmək əvəzinə ziyanla işləməlidir? Təyyarələr boş-boşuna yanacaq sərf etməli, aeroportlarda çalişan personal havayı maaş almalıdır? Axı bu sahənin kifayət qədər müştərisi var və bundan dövlət ziyan əvəzinə külli miqdarda xeyir gütürə bilər. Hamıya məlumdur ki, il boyu kifayət qədər bayramlarımız olur, tələbələr tətilə çıxır və ya hərbi cağırış zamanı nəqliyyat sahəsində nə qədər gərginlik yaşanır. Və Nəqliyyat Nazirliyi hər dəfə əlavə vaqonlar ayırsa da, xətlərə əlavə avtobuslar buraxsa da yenə də gərginlik yaşanır. Amma həmin vaxt təyyarələrimiz havada boş-boşuna uçuşlar edir. Mən hesab edirəm ki, bu biabırçılıq aradan qaldırılmalıdır. Və bu məsələdə xususilə də Gəncədən, Zaqataladan, Lənkərandan seçilən deputatlar aktivlik nümayiş etdirməlidirlər. Cünki əminəm ki, secki kampaniyası dövründə seçicilər bu promlemlə bağlı onlara müraciət edib və onlar da seçicilərinə süz veriblər ki, bu məsələnin həllinə nail olacaqlar. Digər tərəfdən qarşımızda Naxçıvan nümunəsi də var. Naxçlvan reyslərinin də qiymətləri qaldırılmışdı. Ancaq naxçivanlı deputatlar vaxtında aktivlik sərgilədi və qiymətlər endirildi. Və bu gün Naxçıvana gün ərzində 5-7 reys olur və hamısı da dolu. Bundan dövlət də qazanır, sərnişinlərin də rahatçılığı təmin olunur. Ancaq təəssuflər olsun ki, diğər reyslərə bu endirimlər tətbiq olunmur. Və Azal da bunu rahatca seyr edir. Ötən iclasların birində Aeroportun girişində şlaqbaum qoyuluşuna Siyavuş Novruzov da toxunmuşdu. Həqiqətən biabırçı bir haldır. Dünyanın heç bir ölkəsində Aeroporta daxil olmaq üçün şlaqbaum quraşıdırılmayıb. Amma bizdə bir Sədərək talkuçkasına qoyulub, bir də Aeropotun girişinə. Və təyyarəyə kecikən sərnişin də son məqamda bir az da həmin şlaqbaumda yubanmalı olur. Dövlət büdcəsinə dəyən milyonlarla ziyanı rahatca seyr edən Azal rəhbərliyi əminəm ki, həmin şlaqbaumların biri bircə saatlıq xarab olsa, xaricdən mutəxəssis gətirəsi olsa belə tezbazar təmir edər yəqin ki... Ona gorə də, mən bir daha adiçəkilən zonalardan seçilən deputatlara üz tutub onları bu problemin həll edilməsində aktiv olmağa çağırıram. Diqqətinizə görə təşəkkür edirəm.