Beyləqan sakini arvadını öldürüb

beyleqan-sakini-arvadini-oldurub
Oxunma sayı: 2106

Sumqayıtda qətl törədilib.

“Qafqazinfo” xəbər verir ki, Sumqayıt şəhər Prokurorluğundan APA-ya verilən məlumata görə,  şəhərin 9-cu mikrorayonda qohumlarının evində müvəqqəti yaşayan Beyləqan rayon sakinləri – 1972-ci il təvəllüdlü Rəfail Feyziyev qısqanclıq zəminində həyat yoldaşı, 1981-ci il təvəllüdlü Rafət Feyziyevanı bıçaqlayaraq öldürüb.
 
R. Feyziyev saxlanılıb.
 
Faktla bağlı Sumqayıt şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, istintaq hərəkətləri davam etdirilir.