“Bəzən insan istəmədiyi halda çamura düşür”- - Nazpəri

bezen-insan-istemediyi-halda-camura-dusur-
Oxunma sayı: 3104



“Bu insan başdan-başa yalan danışır. İndiyədək onun dediklərinin içərisində bircə dənə də fakt tapıb ortaya qoymaq mümkün deyil. Həm onun sonuncu açıqlamasını, həm də bu günə qədər verdiyi açıqlamaların hamısını yazmışam, məhkəməyə təqdim edəcəm. Qoy baxıb, qiymət versinlər. 

Bəzən insan istəmədiyi halda çamura düşür. Mən də indi o vəziyyətdəyəm. Ədəbsiz, heç bir sərhəd tanımayan, içiboş, yatıb yuxusunda gördüyünü səhər durub açıqlama kimi verən bir insanla qarşı-qarşıyayam. İnşallah nüfuzuma heç bir xələl gəlmədən bu çamuru təmizləyib, kənara atacam.