“Firuzə”nin əmlakı siyahıya alındı

firuzenin-emlaki-siyahiya-alindi-
Oxunma sayı: 650

Vergilər Nazirliyinin Analitik-informasiya şöbəsindən “Qafqazinfo”ya verilən məlumata görə, F.Quliyevin fəaliyyəti vergi orqanı əməkdaşları tərəfindən yoxlanılarkən 2012-ci ilin aprel ayı üzrə 8 min 909,54 manat vergi borcunun yarandığı müəyyən edilib, qanunvericilikdə nəzərdə tutulan bütün tədbirlərin görülməsinə baxmayaraq vergi ödəyicilərinin dövlət büdcəsinə olan borcları ödənilməyib.

İyun ayının 20-də Vergi Məcəlləsinin 89-cu maddəsinə əsasən yaranmış vergi borcunun ödənilməsini təmin etmək üsulu kimi F.Quliyevə məxsus “Firuzə” şadlıq sarayının əmlakının siyahıya alınması haqqında Qərar çıxarılıb. Vergi ödəyicisi əmlakın siyahıya alınması zamanı borcun bir hissəsini, yəni 4 min 500 manatını yerindəcə ödəyib, qalan 6 min 450 manat məbləğ isə ödənilmədiyindən, şadlıq evinə məxsus müxtəlif növ texniki avadanlıqlar və mebel müvafiq qaydada siyahıya alınıb.
Nigar Məmmədli