Gülər Əhmədova getdi

guler-ehmedova-getdi
Oxunma sayı: 660

“Qafqazinfo”nun məlumatına görə, səfər Kiprdə təşkil olunan İkinci “Kıbrıs Türk Milli Mücadelesi ve bu mücadelede TMT-nin Yeri” adlı beynəlxalq sempozyumda iştirak etmək üçün Kipr Türk Mücahidlər Dərnəyindən dəvət ilə baş tutub. Gülər Əhmədova konfransda “Türk Milli Mücadiləsində Rauf Denktaşın yeri” mövzusunda çıxış edəcək, eyni zamanda onun ŞKTC cumhurbaşkanı Dr. Derviş Eroğlu ilə də görüşü gözlənilir. Millət vəkilinin sözlərinə görə, o, səfər zamanı ŞKTC Parlamentinin spikeri ilə, daha sonra isə Doğu Akdeniz Universitetində azərbaycanlı tələbələrlə görüşəcək. Həmçinin universitetin akt zalında “Azərbaycan-Türkiyə: ortaq tariximiz və gənclər” mözusunda elmi-praktik konfrans keçiriləcək.

Qeyd edək ki, 1-4 Noyabr tarixlərində Şimali Kipr Türk Cümhuriyyətində Kipr Türk Mücahidlər Dərnəyi və Türk Müqavimət Təşkilatının birgə təşkil etdiyi İkinci Beynəlxalq “Kıbrıs Türk Milli Mücadelesi ve bu Mücadelede TMT-nin Yeri” sempozyumu keçiriləcək.