İctimai Palata bu gün də piket keçirəcək

ictimai-palata-bu-gun-de-piket-kecirecek-
Oxunma sayı: 641

“Qafqazinfo”nun məlumatına görə, İctimai Palata Bakı şəhər icra hakimiyyətinə mitinq keçirilməsi üçün uyğun yer ayırmadığı üçün etiraz edir.

Qeyd edək ki, İctimai Palata mayın 19-da mitinq, 20-də isə piket keçirmək üçün aidiyyatı yer ayırması məqsədilə Bakı Şəhər İcra Hakimiyyətinə müraciət etmişdi.

Bundan əlavə, İctimai Palata mayın 24-də İctmai Televeziyaın qarşısında piket keçirmək üçün də müraciət edib. Bakı şəhər icra hakimyyəti cavab məktubunda bildirib ku, həmin gün “Eurovosion” mahnı yarışmasının yarımfinal konserti keçiriləcək, ona görə də ITV-nin qarşısında hər hansı siyasi aksiya həmin beynəlxalq tədbirin pozulmasına yönəlmiş cəhd kimi qiymətləndirilə bilər.