İlham Əliyev əzələ nümayiş etdirdi - Video

ilham-eliyev-ezele-numayis-etdirdi-video
Oxunma sayı: 811

“Qafqazinfo”nun “AzərTAc”a istinadən verdiyi məlumata görə, Azərbaycan Tennis Akademiyasının prezidenti, Milli Məclisin sədri Oqtay Əsədov dövlət başçısına məlumat verdi ki, tikintisinə ötən ilin fevralında başlanılan və 5500 kvadratmetr ərazini əhatə edən mərkəzi kortda tennislə yanaşı, voleybol, həndbol, mini futbol yarışlarının keçirilməsi, eləcə də konsert proqramlarının təşkil edilməsi üçün hər cür imkan var.

Qeyd edildi ki, 3 min tamaşaçı yeri olan mərkəzi kortun tikintisi zamanı müasir inkişaf materiallarından istifadə olunub. Burada idman şərhçiləri və teleoperatorlar üçün xüsusi avadanlıq quraşdırılıb. Bundan başqa, mərkəzi kortun altında 75-80 avtomobil tutumu olan dayanacaq tikilib.

Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva mərkəzi kortda gənc idmançıların nümunəvi çıxışlarını izlədilər, idman qurğusunun ərazisini gəzdilər. Dövlət başçısı və xanımı gənc idmançılarla görüşdülər, onlara uğurlar arzuladılar. Sonra Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva Bakı Tennis Akademiyasının trenajor zalı və hovuzu ilə tanış oldular.

Daha sonra dövlət başçısı inşaatçılar qarşısında çıxış etdi, onlara uğurlar arzuladı. Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva inşaatçılarla xatirə şəkli çəkdirdilər. Dövlət başçısı və xanımı Bakı Tennis Akademiyasının həyətini gəzdilər, burada görülmüş abadlıq işləri ilə tanış oldular.

Azərbaycanın dövlət başçısı görülmüş işlərdən razılığını bildirdi, müvafiq tapşırıq və tövsiyələrini verdi.

ilham-a.flv