Binəqədi-Mehdiabad yolu yenidən qurulur

bineqedi-mehdiabad-yolu-yeniden-qurulur
Oxunma sayı: 651

Binəqədi-Mehdiabad-Fatmayi-Goradil avtomobil yolu 3,9-cu km-lik hissəsinin, daha dəqiqi Binəqədi-Mehdiabad hissəsinin yenidən qurulması işləri aparılır.

“Azəravtoyol” ASC-dən “Qafqazinfo”ya verilən məlumata yolun  yenidən qurulması işləri çərçivəsində köhnə asfalt-beton örtüyünün üst qatı frezlənərək kənara daşınıb, zəruri olan hissələrdə yol yatağının yararsız qruntu qazılaraq çıxarılıb. Daha sonra qazılmış ərazilərə karbonat materialı tökülərək kipləşdirilib və yolun hərəkət hissəsinin asfaltlanması işlərinə başlanılıb.

Növbəti mərhələdə yolun Mehdiabad-Goradil hissəsinin əsaslı şəkildə təmiri nəzərdə tutulub.