“İranla Azərbaycan arasında müdhiş qalmaqal” – Manşetlər

iranla-azerbaycan-arasinda-mudhis-qalmaqal-mansetler
Oxunma sayı: 657

“Bizim Yol” qəzetinin manşet xəbəri İran-Azərbaycan münasibətləri ilə bağlıdır. “İranla Azərbaycan arasında müdhiş qalmaqal” başlıqlı xəbərdə bildirilir ki, İranın Radio və Televiziya Təşkilatının Bakı ofisinin müdiri Əhməd Kazeminin Azərbaycana gəlişinə icazə verilməyib. Qəzet “Qafqazinfo” saytına istinadən bu barədə məlumsat yayıb.

“Yeni Müsavat” qəzetinin manşetində “Oliqarxların “Dumanlı Albinoda”kı dumanlı işləri ” başlıqlı xəbər dərc olunub. Xəbərdə Azərbaycan zənginlərinin Londondakı villalarını kirayə verdikləri iddia edilir.

“Azərbaycan” qəzetinin manşet xəbəri “Prezident İlham Əliyev” kitabı ilə bağlıdır. “Bişkekdəki “Biyiktik” nəşriyyatında “Prezident İlham Əliyev” kitabının üçüncü cildi rus dilində nəşr edilmişdir” başlıqlı xəbərdə kitab haqqında məlumat verilir.

“Şərq” qəzetinin manşetində “Orduya ictimai nəzarət” başlıqlı xəbər yer alıb. Xəbərdə ombudsman Elmira Süleymanovanın bu barədə fikirləri öz əksini tapıb.

“Xalq cəbhəsi” qəzetinin manşet xəbəri Milli Məclisdə “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanun layihəsinin müzakirəsi ilə bağlıdır. “Parlamentdə hərbi sistemdə islahat tələbi” başlıqlı xəbərdə mövzu ilə bağlı səslənən fikirlər yer alıb.

“Yeni Azərbaycan” qəzetində manşet xəbər son günlər prezidentin imzaladığı sosial yönümlü sərəncamlarla bağlıdır. “Ölkəmizdə əhalinin sosial rifahı daha da yüksəlir” başlıqlı məqalədə hazırkı sosial durum şərh edilir.

“525-ci qəzet”in manşetində “Hərbi xidmətlə bağlı qanun layihəsi parlamentdə gərginlik yaratdı” başlıqlı xəbər dərc olunub. Xəbərdə mövzu ilə bağlı çıxış etmiş millətvəkillərinin fikirləri yer alıb.

“Kaspi” qəzetinin manşetində “AİBA Azərbaycanla bağlı rüşvət ittihamını rədd etdi” başlıqlı xəbər dərc olunub. Xəbərdə BBC kanalının Azərbaycanın Ümumdünya Boks Seriyasına (WSB) rüşvət verməsi iddialarının reallığa uyğun olub-olmaması ilə bağlı məlumat yer alıb.

“Azadlqı” qəzetinin manşet xəbəri Azərbaycan hakimiyyətinin ABŞ dövlət katibi Hilari Klintonun 10 dekabr Beynəlxalq İnsan haqları günü ilə bağlı açıqlamasına münasibəti ilə bağlıdır. “Əliyev rejimi ilə ABŞ arasında gərginlik artır” başlıqlı xəbərdə YAP icra katibinin müavini Mübariz Qurbanlının məsələ ilə bağlı fikirləri yer alıb.

Hazırladı: Fatimə Kərimli