KXCP sədrinin müavini həbs olundu

kxcp-sedrinin-muavini-hebs-olundu
Oxunma sayı: 694

Bu barədə Teleqraf.az-a KXCP mətbuat xidmətindən məlumat verilib. F.Cəfərovun hansı səbəbdən saxlanıldığı hələlik məlum deyil. Partiya təmsilçiləri hazırda məsələnin təfərrüatını öyrənməyə çalışırlar.

KXCP sədrinin müavini Xəzər Teyyublunun musavat.com-a verdiyi məlumata görə, Fikrət Cəfərov bu gün saat 12.30 radələrində evinin qarşısında saxlayıblar: “Fikrət Cəfərov mənə zəng edib məlumat verdi ki, onu Nərimanov rayon Polis Şöbəsində saxlayırlar. Fikrət heç bir qanunsuzluğa yol vermədiyini saxlanmasının səbəbinin ona da aydın olmadığını dedi. İndi Fikrət bəyin saxlanmasını polisə müqavimət adı ilə protokollaşdırmaq istəyirlər. Belə olarsa onun sutkalıq həbs edilməsi istisna olunmur”.
X.Teyyublu bəyan etdi ki, KXCP F.Cəfərovun saxlanmasını siyasi təzyiq hesab edir: “Fikrət bəy partiyanın sədr müavinidir və aktivliyi ilə seçilən siyasilərdəndir. Güman ki, onu məhz siyasi aktivliyinə görə cəzalandırmaq və ya qorxutmaq istəyirlər. Biz buna ciddi etiraz edirik”.