“Mən ərimin yanındayam” - Birinci xanım

men-erimin-yanindayam-birinci-xanim
Oxunma sayı: 645

“Qafqazinfo” xəbər verir ki, bu yaxınlarda ölkədən qaçması ilə bağlı xəbərlər yayılan Suriyanın birinci xanımı müxaliflər tərəfindən əngəllənmişdi və geri qayıtmalı olmuşdu. Yaxın dostlarının dediyinə görə qan tökülməsinə görə çox üzülən Əsma Əsad açıqlamasında ərinin yanında olduğunu bildirib.

“Times” qəzetinin yaydığı xəbərə görə, Əsma Əsad göndərdiyi elektron məktubda “Dövlət başçısı bir qrup suriyalının deyil, Suriyanın dövlət başçısıdır” - deyə bildirib. Son dövrlərdə mətbuatdan uzaq qalan birinci xanım hadisələr başlamazdan öncə KİV-ə çox yaxın bir isim kimi tanınırdı. Avropada təhsil almış Əsma Əsad çəkinmədən ölkədə və beynəlxalq aləmdə baş verən hadisələrlə bağlı fikir bildirməkdən çəkinmirdi. Amma Suriyada qan tökülməyə başlayandan keçən 11 ay ərzində o tamamilə görnüməz olmuşdu.

Times eyni zamanda Əsma Əsadın müxtəlif xeyriyyə təşkilatlarına dəstəyinin davam etdiyi bildirilib.