Məşhur baykeri qətlə yetirən azərbaycanlını 15 il həbs gözləyir

meshur-baykeri-qetle-yetiren-azerbaycanlini-15-il-hebs-gozleyir
Oxunma sayı: 719

“Qafqazinfo”nun Rusiya KİV-nə istinadən verdiyi xəbərə görə, 39 yaşlı azərbaycanlı baykerlərin qətli törədənin həbs edilməsi tələbi ilə keçirdikləri kütləvi aksiyalardan sonra saxlanılıb. Hadisənin “Merkuri” bazarında baş verdiyi bildirilir. Cinayət təsdiqini taparsa Azərbaycan vətəndaşını 15 il həbs cəzası gözləyir.

Sentyabrın 15-də 46 yaşlı bayker Leonid Frolovun ad günü ərəfəsində Rusiyanın məşhur “Gecə canavarları” bayker klubunun üzvləri “Cərrah” ləqəbli liderləri ilə birgə aksiya təşkil ediblər. Dostları onun “Merkuri” bazarında öldürüldüyü yerə gül dəstələri qoyublar. Hadisə yerinə cəlb olunan polis əməkdaşları bəzi aksiya iştirakçılarını da saxlayıblar.