Mətbuat yoxsa, təxribat mərkəzi?

<b>Mətbuat yoxsa, təxribat mərkəzi?</b>
Oxunma sayı: 176

“Qafqazinfo”nun məlumatına görə, dəvətnamədə keçiriləcək tədbir haqqında məlumat da verilib. Dəvətnamədə qeyd olunub ki, sabah yəni bu gün Azərbaycan Media Mərkəzində Bakı Şəhər Baş Polis İdarəsinin sabiq rəisi Məhərrəm Əliyevin oğlunun, həmçinin Tərtər və Yasamalın sabiq polis rəislərinin vəkilləri iştirak edəcək, həmin şəxslərin “Texnikabnka”la yaranmış problemlə bağlı açıqlamaları olacaq. Eyni zamanda, milli təhlükəsizlik nazirinin sabiq birinci müavini Əli Nağıyev haqqında da açıqlamalar veriləcək. Dəvətnamədə kifayət qədər maraqlı şəxslərin adları qeyd olunmasına baxmayaraq, bu gün tədbirdə onların heç bir nümayəndəsi iştirak etməyib. Sözügedən şəxslərin adlarını eşidib mətbuat konfransına gələn kifayət qədər tanınmış jurnalistlər “Bəs onların vəkilləri hanı?” soruşanda heç bir cavab tapıb verə bilməyiblər.

Eyni sualla jurnalistlər Media Mərkəzinin əməkdaşlarına müraciət edən də isə “Biz belə şeylərə görə məsuliyyət daşımırıq. Kimin adını deyirlərsə yazırıq”-cavabını veriblər.

Qeyd olunduğu kimi tədbir elan edildiyi kimi yox, başqa status və formatda keçirilib. Konfransı keçirən bir neçə nəfər isə özlərini müxtəlif şəxslərin rəsmi nümayəndələri kimi təqdim edərək vaxtı ilə “Texnikabank”ın Yasamal rayon filialına qoyulan vəsaitlərini geri ala bilmədiklərini, filialın sabiq rəhbəri Zal Yusifovun həbsindən sonra əmanətlərinin geri alınmasında problemlə üzləşdiklərini bildiriblər.

Sonda onu bildirmək istəyirik ki, həm tədbiri keçirən, həm də jurnalistləri bu tədbirə dəvət edən subyektlər məsuliyyətli olmalı, mətbuat işçilərini aldatmağa, vaxtlarını almağa çalışmamalıdırlar. Bu məsuliyyətsizliyi etiraf etməyən tərəfə bildirmək istəyirik ki, onda belə çıxış ki, bu gün istənilən şəxs media mərkəzinə zəng edə və məsələn, mən Metyu Brayzayam və sabah sizdə mətbuat konfransı keçirəcəyəm deyə bilərəm. Belə olan halda Media Mərkəzi dəvətnamə yaymalıdır ki, sabah Amerikanın səfiri mətbuat konfransı keçirir?

Düşünürük ki, bu cür məsələlərə məsuliyyətlə yanaşılmalı və tədbiri kimin keçirəcəyi dəqiqləşdiriləndən sonra dəvətnamə yayılmalıdır. Əks halda bu ciddi nüfuz problemi yarada, inamsızlıq aşılaya bilər və biz bunu təxribat kimi dəyərləndiririk.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi