Mübariz Mənsimov Türkiyədə sudan quruya çıxır - “Kanal D”

mubariz-mensimov-turkiyede-sudan-quruya-cixir-kanal-d
Oxunma sayı: 656




“Qafqazinfo”nun Türkiyə KİV-nə istinadən verdiyi xəbərə görə, bununla bağlı kanalı sahibi Aydın Doğanla onun arasında danışıqların getdiyi deyilir. Danışıqlar prosesində irəliləyişlərin əldə edildiyi və son dəqiqələrdə heç bir problemin çıxmayacağı halda 1-2 aydan sonra kanalın yeni sahibi Mübariz Mənsimov olacaq.

Türk mətbuatı onun bioqrafiyasına yer verərək Türkiyədə yaşayan azərbaycanlı iş adamının vətəndaşlıq aldıqdan sonra soyadını “Qurbanoğlu” olaraq dəyişdirdiyini yazıb. Palmali Holdinqin sahibi Mübariz Mənsimov sahib olduğu 129 gəmi ilə dəniz ticarətində dünyanın ilk beşliyində yer alan və 48 şirkətdən ibarət Palmali Qrupunun bütün idarəçiliyini İstanbula daşımaq niyyətindədir.


Səidə