Müsavat Gürcüstan deyir

musavat-gurcustan-deyir
Oxunma sayı: 651

Bu sözləri “Qafqazinfo”ya açıqlamasında Müsavat başqanının müavini Tofiq Yaqublu Müsavatın qurultayının nə zaman keçiriləcəyi ilə bağlı açıqlama verərkən deyib. T. Yaqublu bildirib ki, ümumiyyətlə ən uyğun yer təbii ki, öz ölkəmizdir. Lakin Bakı Şəhər İcra Hakimiyyətinə dəfələrlə müraciət etsək də hələ də bizə yer ayırmamaqda israrlıdırlar: “Belə bir qurultayın başqa ölkədə keçirilməsi əlbəttə ki, utancverici bir haldır və bu ölkə rəhbərliyi üçün də məsuliyyətli qərardır. Ona görə də biz Gürcüstanda keçirilən seçkilərin səngiməsini gözləyirik”.

Müsavat rəsmisi onu da qeyd edib ki, qurultayın Bakıda keçirilməsinə icazə verilsə, daha yaxşı olar: “Son zamanlar baş verən olaylar - Gülər Əhmədovanın videosu, 20 oktyabr gənc-fəalların aksiyası, DİN əməkdaşları ilə bağlı videonun yayılmasından sonra beynəlxalq arenada daha da pis vəziyyətə düşməmək üçün bu qurultayın keçirilməsi üçün yer ayırsalar da yaxşı olar”.

Gülnar