“Müxalifət liderləri bizdən nümunə götürsün”

muxalifet-liderleri-bizden-numune-gotursun
Oxunma sayı: 663


“Qafqazinfo”nun məlumatına görə, tədiri konfransın keçirilməsi üzrə təşkilat komitəsinin sədri Abil Yusubov açaraq konfransa hazırlıq öncəsi görülən işlər barədə geniş məlumat verdi və qeyd etdi ki, təşkilatıa bütün özəklərindən konfransa nümayəndələr seçilib.
Sonra rayon təşkilatının sədri Telman Paşaoğlu geniş hesabat məruzəsi ilə çıxış etdi, bildirdi ki, təşkilat qarşıya qoyulmuş məqsədləri həyata keçirmək üçün partiya Nizamnaməsinin və Məramnaməsinin prinsiplərinə əməl edib, o sonra çıxışında ümumi ictimai-siyasi vəziyyətlə bağlı da geniş danışıb.

Sonar rayon təşkilatının Nəzarət-Təftiş Komissiyasının sədri Fikrət Daşdəmirov da hesabat xarakterli çıxış edib və o bildirib ki, təşkilat partiya Nizamnaməsinə uyğun fəaliyyət göstərib.

Konfransda qonaq qismində iştirak edən Ümid, Milli Demokrat Bozqurd və ADP-nin yerli təşkilat sədrləri çıxışlarında müxalifətdaxili məsələlər, siyasi proseslər və s.-lə bağlı münasibətlərini bildirdilər. Ümid Partiyasının rayon təşkilatının sədri Cavad İsmayıl müxalifət partiyalarının liderlərini yerli təşkilatlardan nümunə götürməyə dəvət etdi: “Biz Şəki müxalifəti bir yerdəyik və siyasi təzyiqlərə də birgə sinə gəririk. Arzulayardım ki, liderlərimiz də elə bizim kimi birlikdə olsunlar, birlikdə mübarizə aparsınlar”

Vətəndaş Həmrəyliyi Partiyası təşkilat şöbəsinin müdiri Samir Əsədlidə çıxış edib: Siyasi azadlıqların, vətəndaş haqlarının insanların əlindən alındığını, ölkənin avtoritarizm uçurumuna yuvarlandığını bildirən S.Əsədli bunun bütövlükdə dövlətimiz üçün doğuracağı təhlükələr, geosiyasi fəlakətlərdən danışdı: “Siyasi azadlıqların pozulması Azərbaycanı nüfuzdan salmaqla yanaşı ölkənin xarici siyasətində də uğursuzluqlara səbəb olur, təzyiqlər artır, ölkə həqiqətlərinin tanınması, xüsuilə dağlıq Qarabağ münaqişəsində mövqelərimizi çox zəiflədir. Digər tərəfdən ölkənin sərvətləri bir qrup oliqarxın əlində talan vasitəsinə çevrilib, büdcə dağıdılır, icra edilən layihələr hamısı yarıtmazdır, təbii sərvətlər hesabına dövlətə gələn pullar kimlərinsə hesablarına yatırdılır və millət bir parça çörəyə möhtac olmaqda davam edir: yalan, riya, yaltaqlıq, saxtakarlıq, rüşvət – ölkənin idarəedilmə sisteminin tərkib hissələridir”.

Türkiyənin Sakarya Universitetinin tələbəsi, VHP Şəki rayon təşkilatının üzvü Vüsal Namiqoğlu isə daha çox milli nöqteyi-nəzərdən baxışlarını konfrans iştirakçıları ilə bölüşdü.

Sonda səsvermə keçirildi: Fikrət Əli oğlu Daşdəmirov VHP rayon təşkilatının yeni sədri seçildi, 9 nəfərdən ibarət Məclis, 3 nəfərlik Nəzarət Təftiş Komitəsi formalaşdı.

Konfrans ölkədəki ictimai-siyasi vəziyyət, insan azadlıqları və iqtisadi-siyasi islahatlarla bağlı müraciət də qəbul etdi.