Müxalifət yürüş-mitinq qərarında dəyişiklik etdi

muxalifet-yurus-mitinq-qerarinda-deyisiklik-etdi
Oxunma sayı: 668



“Qafqazinfo”nun məlumatına görə, toplantıda KŞ oktyabrın 18-də keçiriləcək, dövlət müstəqilliyinin bərpasının 20 illik yubileyinə həsr edilmiş bayram yürüşünün vaxtını dəyişib. Yeni qərara görə, yürüş oktyabr 16-da, saat 15.00-dan 17.00-dək keçiriləcək. Şura Bakı şəhər İcra Hakimiyyətinə müraciət edilməsi qərarını da qəbul edib.

Müraciətdə İcra hakimiyyətindən aşağıdakı marşrutlardan birində şəraitin yaradılması istəniləcək:
- metronun “28 May” stansiyasının qarşısından Azadlıq meydanına (Puşkin küçəsi ilə hərəkət etməklə);
- Təbriz küçəsinin başlanğıcından “Nərimanov” kinoteatrına (Təbriz küçəsi ilə hərəkət etməklə);
- Bəhramgurun heykəlinin qarşısından Bayraq meydanına;
- metronun “20 Yanvar” stansiyasının yanından “Qələbə” kinoteatrının qarşısından keçməklə keçmiş Musabəyov parkına (H.Zərdabi küçəsi və Mətbuat prospektini keçməklə).

Koordinasiya Şurasının qərarına əsasən müstəqilliyinin bərpasının 20 illik yubileyi münasibəti ilə oktyabr 16-da saat 12.00-da Şəhidlər Xiyabanı və Fəxri Xiyabanda Milli Azadlıq Hərəkatının Lideri Əbülfəz Elçibəyin məzarı ziyarət ediləcək. İctimai Palata Müsavat Partiyasının 100 illik yubileyi münasibəti ilə bayram tədbirlərinin iqtidar tərəfindən əngəllənməsi pisləmək və bununla bağlı bəyanat qəbul etmək barədə qərar qəbul edib. Həmçinin qərara əsasən KŞ Naxçıvanda yaranmış dözülməz gərgin vəziyyətlə və məmur özbaşınalığı ilə də bağlı bəyanat qəbul edəəcək.

Fatimə Kərimli