Nehrəmlilər naxçıvanlıları 350 manatdan xilas etdi

nehremliler-naxcivanlilari-350-manatdan-xilas-etdi-
Oxunma sayı: 669

Onlar bildiriblər ki, tez-tez Naxçıvanın Ali Məclisinin sədri Vasif Talıbovun qadağalardan ibarət xüsusi əmr və sərəncamlarına əməl etməyə öyrəşsələr də, bu yaxınlarda çıxarılan daha bir qərar sakinlərin səbrini daşırıb. Belə ki, Naxçıvanın Yol Polisinin əməkdaşları bir ay əvvəldən başlayaraq bütün muxtar respublika ərazisində qapı-qapı gəzərək avtomobili olan şəxslərə xəbərdarlıqlar ediblər. Xəbərdarlıq Naxçıvanda avtomobillərin “baş etibarnamə” (gendavernus) əsasında sürülməsinə sentyabrın 1-dən etibarən icazə verilməməsi ilə bağlı olub. Əhalinin diqqətinə çatdırılıb ki, kimin avtomobili varsa və onu gendavernusla sürürsə təcili şəkildə yol polisinə gedib yeni nömrə almalı və maşını öz adına keçirməlidir. Bu proses isə ölkənin hər yerində olduğu kimi rəsmi sənədlə 46 manata başa gəlsə də, insanlardan bir qayda olaraq 350 manat alınmaqla başa gəlir. Yəni hər kəs bilir ki, bu gün Respublika QAİ-sində avtomobilə dövlət nömrə nişanı almaq üçün ən azı 350 manat ödəmək lazım olur. Naxçıvanlılar da bu tələbin arxasında həmin 350 manatla bağlı “qarın ağrısı”nın dayandığını bildikləri üçün qərara etiraz ediblər. Daha doğrusu etiraz yol polisi işçiləri Nehrəm kəndində olan zaman baş başlayıb. Nehrəmlilər demək olar ki, ayağa qalxaraq bu tələbin gerçəkləşəcəyi təqdirdə kütləvi etirazlar edəcəkləri haqda xəbərdarlıqlar ediblər. Vəziyyətin ciddiliyini görən Naxçıvan rəhbərliyi təcili şəkildə prosesi dayandıraraq qərarın icrasının təxirə salındığını bəyan edib.

Lakin bu məsələyə yenidən qayıdılacağı istisna deyil. Hələlik isə belə demək mümkünsə naxçıvanlıların canını lazımsız yerə 350 manat ödəməkdən nehrəmlilər xilas edib.

Məlumatı redaksiyamıza verən sakinlər onu da bildiriblər ki, hazırda Naxçıvanda rüşvət və korrupsiyanın mövcud olduğu yeganə sahə polis və gömrükdür. Yerdə qalan əksər sahələrdə rüşvət və korrupsiyanın kökü demək olar ki, kəsilib.